20-yə yaxın Avropa ölkəsi “Moskva casus şəbəkəsi” ilə əlaqəli olan rusiyalı diplomatları ölkədən çıxarmağa hazırlaşır
Oxu.Az-ın xəbərinə görə, bu barədə şənbə günü, martın 24-də, “The Times” nəşri yazır.
Bu qərarla Avropa ölkələri Moskvanı keçmiş kəşfiyyat polkovniki Sergey Skripalı zəhərləməkdə ittiham edən Böyük Britaniya ilə həmrəy olduqlarını göstərirlər.
Diplomatların ölkələrdən çıxarılması prosesi martın 26-da başlayacaq. Bundan əvvəl Avropa İttifaqının Rusiyadakı səfiri Markus Eder dörd həftəlik geri çağırılacaq.
“The Times” yazır ki, bu ölkələr arasında Fransa, Almaniya, Polşa, İrlandiya, Niderland, Estoniya, Latviya, Litva, Bolqarıstan, Çexiya, Danimarka və daha doqquz dövlət var.
Rəylər