Avropa Parlamenti İrana qarşı yeni sanksiyaların bir hissəsi olaraq İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) terror təşkilatı elan edilməsini tələb edir.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, bunu Avropa Parlamentinin prezidenti Roberta Metsola Avstriyaya səfəri zamanı keçirilən mətbuat konfransında bildirib.
"İranda baş verənlərə son qoymalıyıq. SEPAH-ı terror təşkilatı elan etməklə bərabər, sərt sanksiyalar tətbiq etməliyik", - deyə o bildirib.
Metsola əlavə edib ki, ötən həftə Avropa Parlamenti öz təşəbbüsü ilə İran diplomatik korpusunun Brüssel və Strasburqdakı Avropa Parlamentinin iqamətgahlarına baş çəkməsini qadağan edib.