Gürcüstanın Daxili İşlər Nazirliyinin (DİN) Miqrasiya İdarəsi son günlər həyata keçirilən tədbirlər nəticəsində azərbaycanlılar da daxil olmaqla 85 əcnəbini ölkədən deportasiya edib.
Oxu.Az xəbər verir ki, bu barədə Gürcüstan DİN-in sosial şəbəkə hesabında məlumat paylaşılıb.
Məlumata görə, idarə tərəfindən həyata keçirilən kompleks tədbirlər zamanı Türkiyə, Hindistan, Türkmənistan, Azərbaycan, Rusiya, Misir, Belarus, Özbəkistan, Efiopiya, İordaniya, Kuba, Vyetnam, Banqladeş, Nigeriya, Pakistan, Tailand, Filippin və digər ölkələrin vətəndaşları ölkədən çıxarılıblar.
Mövcud qanunvericiliyə əsasən, deportasiya edilən şəxslərin yenidən ölkəyə girişinə qadağa qoyulub.
Xəbərdə bildirilir ki, cari il ərzində Miqrasiya İdarəsi tərəfindən artıq 2 726 qanunsuz əcnəbi Gürcüstandan çıxarılıb ki, bu da ötən ilin ümumi rəqəmindən iki dəfə çoxdur.