İraq paytaxtında baş vermiş iki partlayış nəticəsində 19 nəfər ölüb, 40 nəfər yaralanıb.
Oxu.Az RİA Novosti-yə istinadən xəbər verir ki, minalanmış avtomobillər Bağdadın cənubunda və mərkəzi Əl-Karrada məhəlləsində partladılıb.
Polis hadisə yerini polis əhatəyə alıb. Hadisənin digər təfərrüatları hələlik məlum deyil. (APA)