Keniyada yoxsulluq dəhşətli həddə çatıb.
Oxu.Az ANS PRESS-ə istinadən xəbər verir ki, vəziyyət o həddə çatıb ki, orada qadınlar gündəlik yemək üçün öz bədənlərini satmağa vadar olublar.
Belə ki, göl ətrafında balıqçılarla alver edən qadınlar, çox nadir hallarda aldıqları balığın müqavilində nağd pul ödəyirlər. Onlar balığın pulunun əvəzinə seks xidməti göstərirlər.
“Biz gündəlik yeməyə görə fahişəlik edirik. Bilirəm ki, xəstəliyə tutula bilərəm, lakin çarəm nədir? Məcburam uşaqlarımı dolandırım. Əlacım isə bədənimi yemək əvəzi satmaqdır. Həftədə 3-4 balıqçı ilə yatıram”, - deyə Lusi bildirib.
Dəhşət burasındadır ki, bunu fahişəlik edən qadınların ərləri də bilir. Lakin onlar bu rəzilliyə dözmək məcburiyyətindədirlər.