Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin
Bayden Obama və Pelosidən küsüb
ABŞ Prezidenti Co Bayden Barak Obamanın şəxsən ona seçki yarışından geri çəkilməyin zəruriliyi barədə demədiyinə, habelə Nümayəndələr Palatasının keçmiş spikeri Nensi Pelosinin seçkidən geri çəkilməsi ilə bağlı təzyiqlərinə görə məyus olub.
Oxu.Az xəbər verir ki, bu barədə "Politico" məlumat yayıb.
Nəşrin məlumatına görə, Bayden ən yaxın tərəfdarlarına bildirib ki, o, prezidentlik yarışından geri çəkilmək qərarı ilə barışıb, lakin onu buna məcbur edən Demokratlar Partiyasının bir sıra üzvlərindən küsüb. Söhbət Barak Obama, Nensi Pelosi və Çak Şumerdən gedir.
Qeyd olunur ki, Baydenin yarışdan çəkilmək qərarındakı rolunu açıq şəkildə izah edən Pelosi son vaxtlar diqqət mərkəzində olub. Bildirilir ki, Bayden seçkidən çəkilmək qərarını elan etdikdən sonra Nümayəndələr Palatasının keçmiş spikeri ilə əlaqə saxlamayıb.
"Bayden, həmçinin, dostu və keçmiş müdiri olan Obamanın iyunun sonunda Atlantada baş tutan fəlakətli debatdan sonra kampaniya ilə bağlı narahatlıqlarını bildirmək üçün birbaşa ona zəng etmədiyinə görə narazıdır", - "Politico" yazır.
Xatırladaq ki, iyulun 21-də Co Bayden prezidentlik yarışını tərk etdiyini açıqlayıb.
"Co Bayden" teqi üzrə xəbərlər
- Baydenin prezidentlik müddətində kimlərin diktəsi ilə oturub-durduğu məlum olub
- Bayden Trampın "mirasını" satır: Sərhəd divarının hissələri hərraca çıxarılacaq
- Tramp Baydeni oğurluqda ittiham edib
- ABŞ nəşri yazdı: Baydenə qarşı ittiham irəli sürüləcək?
- Qanunun aliliyi Co Baydenin oğluna şamil olunmur?
Rəylər