Bəhreyn və Rusiya "S-400" zenit raket komplekslərinin tədarükü ilə bağlı danışıqlar aparır.
Оxu.Az bu barədə TASS-a istinadən xəbər verir.
Bəhreyn kralının qvardiyasının komandanı Naser ben Hamad Al Xalifa xəbəri təsdiqləyib.
BIDEC hərbi sərgisində iştirak edən qvardiya rəsmisi deyib: "Biz hələ danışıqlar mərhələsindəyik. Allahın köməyi ilə bu prosesi yekunlaşdıracağıq".
N.H.