Belçikanın Lyej şəhərində atışma zamanı iki polis işçisi öldürülüb.
Oxu.Az RTBF-yə istinadən xəbər verir ki, hadisə şəhərin mərkəzində - Avrua bulvarında baş verib.
Naməlum şəxs atış açıb, sonra qadını girov götürərək yaxınlıqdakı liseyin binasında gizlənib.
Hücum edən şəxsin polis tərəfindən zərərsizləşdirildiyi bildirilir.