Belçikanın Lyej şəhərində sinaqoqun qarşısında partlayış baş verib.
Bu barədə Oxu.Az "The Times of İsrael" nəşrinə istinadən xəbər verir.
Məlumata görə, hadisə nəticəsində sinaqoq binası zərər görüb, maddi ziyan dəyib, lakin xəsarət alanların olmadığı bildirilib.
Partlayış, həmçinin küçənin o biri tərəfindəki binaların pəncərələrini sındırıb.
Hadisə ilə bağlı araşdırma aparılır.