Berlinin mərkəzində yerləşən parkın yaxınlığında avtomobilin piyadaların arasına çırpılması nəticəsində həyatını itirən qadının 65 yaşlı Polşa vətəndaşı olduğu müəyyənləşib.
Oxu.Az "Polsat"a istinadən xəbər verir ki, bu faktı Polşa Xarici İşlər Nazirliyinin mətbuat katibi Maçey Vevyur da təsdiqləyib.
Onun sözlərinə görə, hadisə zamanı mərhumun qızı da xəsarət alıb.
Xatırladaq ki, iyulun 25-i axşam saatlarında Berlinin mərkəzində minik maşını yüksək sürətlə insanların arasına daxil olub. Son məlumatlara əsasən, bu insident nəticəsində bir qadın dünyasını dəyişib, 29 nəfər isə yaralanıb.
"Bild" nəşrinin yaydığı xəbərə görə, Berlində bu hadisəni törətməkdə şübhəli bilinən şəxs əvvəllər terror aktı hazırlamaqda təqsirli bilinərək məhkum olunub və məcburi deradikallaşma proqramından keçib.