Almaniyanın paytaxtı Berlinin mərkəzində yerləşən Tirqarten parkı ərazisində yüksək sürətlə hərəkət edən avtomobil bir qrup insanın üzərinə sürülüb.
Oxu.Az xəbər verir ki, bu barədə "Bild" qəzeti məlumat yayıb.
Hadisə şahidlərindən birinin sözlərinə görə, ağ rəngli furqon yüksək sürətlə parkın içərilərinə doğru hərəkət edib və insanlara çırpılıb.
Polis bir nəfərin öldüyünü, 14 nəfərin yaralandığını bildirib.
Hazırda hadisənin səbəbləri müəyyənləşdirilir. Sürücü hadisə yerindən qaçıb.
Əraziyə çoxlu sayda təcili yardım briqadaları cəlb olunub.
Bildirilib ki, hadisə LGBT yürüşünün keçirildiyi vaxt baş verib. Hazırda polis hadisənin təsadüfi qəza, yoxsa qəsdən törədilmiş əməl olub-olmadığını araşdırır.