Cəmi bir neçə saat ərzində ölkə vətəndaşları ABŞ-nin vitse-prezidenti Kamala Harrisin seçki kampaniyası üçün 46.7 milyon dollar ianə ediblər.
Oxu.Az xəbər verir ki, bu barədə "ActBlue" ianə toplama platforması məlumat yayıb.
Qeyd olunub ki, bu, ölkə üzrə 2024-cü il üçün ən böyük ianə kampaniyasıdır.
"Associated Press" isə ekspertlərə istinadən iddia edir ki, Co Baydenin seçki kampaniyasında toplanan vəsait Kamala Harris Demokratlar Partiyasından prezidentliyə namizəd olacağı təqdirdə onun üçün istifadə edilə bilər.
Rəylər