Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin

BMT İsrailə hücumu pisləyib
Birləşmiş Millətlər Təşkilatının (BMT) Baş katibi Antonio Quterreş HƏMAS-ın İsrailə hücumunu pisləyib.
Bu barədə Baş katibin rəsmi nümayəndəsi Stefan Düjarrikin şərhində qeyd olunur.
“BMT-nin Baş katibi HƏMAS-ın İsrailin Qəzza zolağı yaxınlığına və mərkəzi İsrail şəhərlərinə hücumunu, o cümlədən İsrail vətəndaşlarının məskunlaşdığı digər ərazilərə minlərlə raket atılmasını qətiyyətlə pisləyir”, - deyə S.Dujarrik bildirib.
Bundan əlavə, o qeyd edib ki, Antonio Quterreş Fələstin-İsrail münaqişəsinin tərəflərini maksimum təmkinli olmağa çağırıb.
Mənbə: Gazeta.ru
"Antonio Quterreş" teqi üzrə xəbərlər
- Quterreş: "Kipr məsələsində mühüm irəliləyiş əldə edilib"
- İcmanın BMT-nin Baş katibinə ünvanladığı məktub rəsmi sənəd kimi yayılıb
- Qərbi Azərbaycan İcması BMT Baş katibi və qurumun rəsmilərinə məktublar ünvanlayıb
- Beynəlxalq ictimaiyyətdən Azərbaycana başsağlığı mesajları gəlməkdə davam edir
- Kibercinayətkarlığa qarşı BMT Konvensiyası qəbul edilib
Ən çox oxunanlar