London polisi Böyük Britaniyanın Baş naziri Kir Starmerin evini yandırmaqda şübhəli bilinən şəxsi həbs edib.
Oxu.Az xəbər verir ki, bu barədə "The Times" London polisinin mətbuat xidmətinə istinadən məlumat yayıb.
"Kişi bir sıra yanğınlar törətməkdə şübhəli bilinərək həbs edilib", - deyə mətbuat xidmətinin açıqlamasında bildirilib.
Qeyd olunub ki, baş nazirin evinin yandırılması yandırıcı bombanın istifadəsi ilə həyata keçirilib. London polisinin fikrincə, bir neçə oxşar yanğın hadisəsinin baş verməsi bunun bir insanın törətdiyini düşünməyə əsas verir.
Saxlanılan şəxsin 21 yaşı olduğu üzə çıxıb.
Məlumata görə, yanğın binanın giriş qapısına ziyan vurub. Starmerin rəsmi iqamətgaha köçməzdən əvvəl təxminən 20 il yaşadığı ev Londonun şimalında yerləşir. Mətbuatın yazdığına görə, baş nazir hazırda evini kirayə verir.