Böyük Britaniyanın yeni Baş naziri Endi Börnhem sələfi Kir Starmerin İrana qarşı zərbələr üçün ABŞ-yə verilən Britaniya hərbi bazalarından istifadə icazəsini geri götürməyib.
Oxu.Az xəbər verir ki, bu barədə "Bloomberg" agentliyi mənbələrinə istinadən məlumat yayıb.
Məlumata görə, iyulun 17-də Starmer yüksəkvəzifəli məmurların iştirakı ilə görüş keçirib və ABŞ-nin İrana qarşı hərbi əməliyyatları bərpa edəcəyi təqdirdə Böyük Britaniyanın mövqeyi müzakirə olunub.
Müzakirələr nəticəsində Britaniya hökuməti Vaşinqtona İrandakı raket anbarlarına və Hörmüz boğazında gəmilərə hücumlar həyata keçirən obyektlərə zərbələr endirmək üçün ölkənin hərbi bazalarından istifadə hüququnu yenidən təqdim etmək qərarına gəlib.
Söhbət Hind okeanında yerləşən Dieqo-Qarsiya adasındakı Britaniya-ABŞ birgə bazasından və ABŞ-nin Avropadakı ağır bombardmançı təyyarələrinin əsas yerləşmə məntəqəsi sayılan İngiltərənin Qlosterşir qraflığındakı Feyrford aviabazasından gedir.
"Bloomberg"in məlumatına görə, iyulun 20-də baş nazir postuna keçən Börnhem əvvəlki müzakirələr barədə məlumatlandırılıb və qəbul olunan qərarı dəstəkləyib.
Qeyd olunur ki, iyulun 21-də Tramp və Börnhem arasında ilk telefon danışığı baş tutub. ABŞ prezidenti söhbətin "çox yaxşı keçdiyini" bildirib.