Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin
Böyük müharibə təxirə salınıb? - ŞƏRH
Hazırda İdlib bölgəsində əsas problem “Xayat Təhrir əl-Şam” və ona bitişik qruplaşmalarının həyata keçirdiyi beynəlxalq terrorçuluğun Rusiya-Türkiyə alyansının üstün roluna təhlükə törətmələridir.
Bu fikirləri Oxu.Az-a açıqlamasında rusiyalı siyasi şərhçi Denis Korkodinov deyib.
Onun sözlərinə görə, Türkiyənin Suriya ilə bağlı xarici siyasəti və Rusiyanın bu ölkədəki hərbi iştirakına qarşı istifadə edilən dini dözümsüzlük və takfirizm praktikası, eləcə də Suriya müharibəsində üstünlüyün ələ keçirilməsi ilə beynəlxalq terror qrupu bəzi siyasi subyektlərin mövqelərini zəiflədə bildi və nəticədə Yaxın Şərqdə Rusiya-Türkiyə maraqlarını şübhə altına almağa çalışdı.
“Eyni zamanda, hərbi-siyasi birləşməsinin və vahid idarəetmə mərkəzinin olmaması şəraitində beynəlxalq terrorçuluq tərəfindən çağırışların möhkəm hərbi-siyasi təməli ola bilməz.
İdlibdə qurulan beynəlxalq səviyyəli tərəflər kimi Türkiyə və Rusiyanın təsirləri strateji planlaşdırma problemini ön plana çıxarır.
Bu halda dünya arenasında bəzi opponentlərin etirazlarına baxmayaraq, Böyük Türkiyənin canlanması və Böyük Rusiyanın ortaya çıxması tamamilə gözləniləndir və bunun qarşısını almaq üçün göstərilən istənilən səylər Moskva və Ankara arasında münaqişənin gərginləşdirilməsinə gətirib çıxara bilər”, - müsahibimiz bildirib.
Ekspert qeyd edib ki, bu gərginləşmə beynəlxalq “yanğın”a səbəb ola bilər, çünki Rusiya və ya Türkiyə çətin ki geosiyasi qəliblərə əmək etsin, yəqin ki, onlar “beynəlxalq natürmort yaradılan rəssam” olmağa üstünlük verəcəklər, bu da öz növbəsində Vaşinqtonun nəinki Suriyada, eləcə də bütün Yaxın Şərq regionunda öz mövqelərini itirməsinə gətirib çıxaracaq.
“Bununla yanaşı, Rusiya-Türkiyə ansamblı konkret siyasi dəyərə sahib olmalıdır. İdlibdə demilitarizasiya zonasının yaradılması ilə bağlı razılaşma onun təsir vasitəsi olacağı demək deyil.
Belə müqavilələr bütün beynəlxalq ictimaiyyətin aydın və birmənalı qarşılıqlı fəaliyyətini tələb edir. Bu, ilk növbədə Moskva və Ankaranın demilitarizasiya zonası daxilində mövcud olan sahələrin sıx bölünməsinə, yerli əhali ilə qarşılıqlı fəaliyyətə və Suriya dövlətçiliyinə inteqrasiyaya aiddir”, - Korkodinov deyib.
Xatırladaq ki, sentyabrın 17-də Rusiya prezidenti Vladimir Putin və Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İdlib bölgəsində fəaliyyət məsələləri ilə bağlı razılıq əldə ediblər.
Ə.Ş.
www.oxu.az
Rəylər