Braziliyanın Federal Ali Məhkəməsi dövlət çevrilişinə cəhddə ittiham olunan keçmiş prezident Jair Bolsonaruya onun hərəkətlərini izləməyə imkan verən elektron qolbaq taxmağı əmr edib. Siyasətçinin sosial şəbəkələrdən istifadəsinə də qadağa qoyulub.
Oxu.Az xəbər verir ki, bu barədə Braziliyanın "Terra" nəşri məlumat yayıb.
Qeyd olunur ki, Bolsonarunun topuğuna artıq qolbaq taxıb. Keçmiş liderin yerli vaxtla axşam saat 19:00-dan səhər saat 7:00-a kimi evindən çıxması da qadağan edilib. Onun xarici ölkə səfirləri və diplomatlar ilə əlaqələri də məhdudlaşdırılıb.