2011-ci ildə Norveçdə törədilən terror aktlarının təşkilatçısı Anders Breyvik rəsmi olaraq ad və soyadını dəyişib. Hazırda o, ölkə əhalisinin reyestrində Fyotolf Hansen kimi qeyd olunub (Fjotolf Hansen).
Oxu.Az-ın xəbərinə görə, bu barədə cümə axşamı, iyunun 9-da, VG nəşri yazır.
Terrorçunun vəkili məlumatı təsdiqləyib, lakin Breyvikin nə vaxt və nə üçün bu addımı atmasını dəqiqləşdirməyib.
Qeyd edək ki, 2012-ci ilin avqustunda məhkəmə onu 2011-ci ilin iyul ayında törətdiyi cinayətlərə görə 21 il müddətinə azadlıqdan məhrum edib. Breyvik Oslodakı hökumət evinin binası yaxınlığında bomba partladıb. Sonra isə hakim partiyanın Utoyya adasında təşkil etdiyi gənclər düşərgəsinin iştirakçılarına atəş açıb. Onun törətdiyi ikiqat terror nəticəsində 77 nəfər ölüb.
S.B.
www.oxu.az