Keçmiş Sovet İttifaqının Latviyadakı bazasında yerləşdirilmiş Böyük Britaniya hərbçiləri artilleriya, pilotsuz uçuş aparatları və döyüş robotları arasında rabitəni təmin edən ixtisaslaşdırılmış şəbəkədən istifadə etməyə başlayıblar.
Oxu.Az xəbər verir ki, bu barədə məlumatı briqada generalı Mett Luisə istinadla "Bloomberg" yayıb.
"Hazırda Böyük Britaniyanın müdafiə sisteminin qarşısında duran tapşırıqlardan biri kiçik ordunu böyük ərazidə daha səmərəli gücə çevriməkdir", - deyə britaniyalı hərbçi bildirib.
Britaniya hərbçilərinin fikrincə, yeni texnologiya Rusiyanın Baltikyanı bölgədə potensial müharibəsində döyüş meydanını dəyişdirəcək.