Böyük Britaniya Rusiyaya qarşı sanksiyalar siyahısını 9 bəndlik əlavələrlə genişləndirib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Britaniya hökumətinin saytında məlumat verilib.
Bildirilib ki, "qara siyahı"ya Rusiyanın kimyəvi silah yaradılması proqramı ilə əlaqəli olduğu iddia edilən 7 şəxs və 2 elmi-tədqiqat institutu daxil edilib.
Britaniya hökuməti iddia edir ki, sanksiyalara məruz qalan şəxslər yüksək toksikli zəhərli maddə olan "Noviçok" epibatidinin hazırlanmasında iştirak ediblər.
"Noviçok" yüksək toksikli fosfor orqanik zəhərli maddələr qrupudur. Açıq mənbələrə görə, bu birləşmələr 1970-ci illərdən bəri SSRİ-də hazırlanırdı, hazırda isə kimyəvi silahın qadağan edilməsinə dair Konvensiya ilə qadağan edilib.
Qeyd edək ki, iyunun 16-da Böyük Britaniya Rusiya əleyhinə sanksiyalar siyahısını 43 maddə ilə böyütmüşdü. Məhdudiyyətlər altına həmçinin Londonun Rusiya Silahlı Qüvvələri Baş Qərargahının Baş Kəşfiyyat İdarəsinin əməkdaşları olduğuna inandığı 9 şəxs də daxil edilib.