Ən son xəbərləri bizim "Facebook" səhifəmizdə izləyin
Britaniyalı evindən çıxmadan Everesti fəth etdi
ABŞ-də kişi evindən çıxmadan Everesti fəth edib və dünyanın ən yüksək dağından ən sürətli qalxma və enmə üzrə dünya rekordu qırıb.
Oxu.Az xəbər verir ki, bu barədə Ginnesin Rekordlar Kitabının saytında məlumat verilib.
Britaniyalı Şon Qrizli Las-Veqasdakı evində 22 saat 57 dəqiqə 2 saniyə ərzində pilləkənlərlə qalxıb enib. Kişi 24 saatdan az müddətdə 8848,86 metr məsafəni qət edib ki, bu da Everestin hündürlüyünə (8848 m) uyğundur. Eyni zamanda, o, qaydaları özü təyin edib, məsələn, qalxma zamanı məhəccərlərə toxunmayıb, çünki Everestdə məhəccər yoxdur.
O, bütün prosesi "YouTube"dakı bloqunda yayımlayıb. Qrizli bu kanalda əsasən qumar oyunları haqqında videolar dərc edir. Kişi hətta hər dövrədən sonra düyməni basarkən onun hərəkətlərini izləyən xüsusi proqram da yazıb. Qət edilən məsafə daim canlı yayımda yenilənib.
Qrizzlinin sözlərinə görə, koronavirus pandemiyası zamanı onun psixikası sarsılıb və onun psixi sağlamlıq problemləri yaranıb. O, əldə etdiyi nailiyyətlə bu məsələyə diqqət çəkmək və vəsait toplamaq istəyib ki, bu vəsaiti ABŞ-nin İntiharın Qarşısının Alınması Fonduna göndərsin. O, canlı yayım zamanı 409,85 dollar (təxminən 697 manat - red.) toplaya bilib.
"Everest zirvəsi" teqi üzrə xəbərlər
- Dörd Everest boyda meteorit zərbəsi Yerdə həyatın təkamülünü sürətləndirdi
- 8 min metrlik zirvəni 50 dəfə fəth etdi: Yeni dünya rekordu
- Everestdə buzlaqların əriməsi nəticəsində yüzlərlə alpinistin meyiti tapıldı
- Dünyanın ən yüksək "zibilliyi"ndə dörd meyit tapıldı
- Dünyanın ən hündür zirvəsindən 11 ton zibil toplandı
Rəylər