Böyük Britaniya keçmiş rusiyalı kəşfiyyat polkovniki Sergey Skripal və qızı Yuliyanın mart ayında Solsberi şəhərində zəhərlənməsi işi ilə əlaqədar iki şübhəlinin adını açıqlayıb.
Oxu.Az xəbər verir ki, bununla bağlı “Reuters” məlumat yayıb.
Prokurorluqda rusiyalılar Aleksandr Petrov və Ruslan Boşirovla bağlı kifayət qədər sübutlar var. Rusiyalıların qaldığı hotelin nömrəsində “Noviçok” maddəsinin izləri aşkarlanıb. Agentlik bildirib ki, şübhəli şəxslərin həbsi üçün Avropa orderi verilib.
Hər iki şəxsin 40 yaşı var. Polisin məlumatına görə, martın 2-də onlar həqiqi pasportlarla ölkəyə daxil olub, ancaq qondarma sənədlərlə Britaniyanı tərk edib. İki gün sonra onlar Rusiyaya qayıdıblar.
These are the two suspected Salisbury Novichok poisoners and their aliases pic.twitter.com/GiTc0bRRZu
— Daniel Sandford (@BBCDanielS) 5 September 2018
Krallığın prokurorluq xidmətinin nümayəndəsi bəyan edib ki, Britaniya həmin şəxslərin ekstradisiyasını tələb etməyib, çünki Rusiya konstitusiyasına əsasən, bu ölkə öz vətəndaşlarını ekstradisiya etmir.
Skripal və qızı martın 4-də Solsberi şəhərində huşsuz vəziyyətdə aşkar edilib. Britaniya hökuməti bu işdə Rusiyanı ittiham edib.
Rəylər