Kürdüstanın Vətənpərvərlik İttifaqının (KVİ) partiyasının lideri, İraqın sabiq prezidenti Cəlal Təlabani 84 yaşında dünyasını dəyişib.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Rudaw telekanalı "Twitter" səhifəsində məlumat verib.

Qeyd edək ki, Cəlal Təlabani 2005-2014-cü illərdə İraqın prezidenti olub. O, 2012-ci ildə iflic keçirib.
N.О.