Amerika Birləşmiş Ştatları Silahlı Qüvvələrinin Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri, admiral Bred Kuper hərbçilərinin Hörmüz boğazındakı mövcud bütün dəniz minalarını zərərsizləşdirdiyini açıqlayıb.
Oxu.Az xəbər verir ki, komandanlığın "X" sosial şəbəkə hesabında yayımlanan videomüraciətində o bildirib:
"İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) aylar əvvəl körfəzdəki beynəlxalq ticarət yollarında yerləşdirdiyi dəniz minalarının zərərsizləşdirilməsi prosesini uğurla başa çatdırdıq".
Bununla belə, bu həftənin əvvəlində "Bloomberg" agentliyi tərəfindən yayımlanan xəbərə görə, ABŞ-nin müttəfiqləri Vaşinqtonun bəyanatlarına baxmayaraq, Hörmüz boğazında təhlükəli minaların hələ də qaldığı qənaətindədirlər.