Ən son xəbərləri bizim Telegram kanalımızda izləyin

Cənubi Koreya kəşfiyyatçıların şəxsi məlumatlarının sızmasını araşdırır
Koreya Respublikası Silahlı Qüvvələrinin Əks-kəşfiyyat Komandanlığı KXDR haqqında məlumatların toplanması üzrə ixtisaslaşmış milli kəşfiyyatçıların şəxsi məlumatlarının sızması faktını araşdırır.
Oxu.Az TASS-a istinadən xəbər verir ki, təxminən bir ay əvvəl Silahlı Qüvvələrin Kəşfiyyat Komandanlığı xaricdə işləyən əməkdaşlarının şəxsi məlumatlarının daxil olduğu məxfi məlumatların sızmasını aşkar edib.
İddialara görə, sızıntıda "qeyri-qanuni kəşfiyyatçılar" və diplomatik pərdə altında işləyən şəxslər haqqında məlumatlar var. Mənbə agentliyə bildirib ki, bəzi kəşfiyyatçılar, hətta vətənlərinə qayıtmalı olublar.
"Cənubi Koreya" teqi üzrə xəbərlər
- Moskva "Taliban"ı tanıdı - Rusiya Əfqanıstana qayıdır
- Cənubi Koreya KXDR ilə sərhəddə hərbi gücünü nümayiş etdirdi
- Cənubi Koreyada prezidentin iqamətgahına polis basqını oldu
- Cənubi Koreyada bir ilk: "Terminator-2" filmindəki transformasiya olunan "maye robot" yaradıldı
- Cənubi Koreyada metro tunelinin tikintisi zamanı çökmə: İtkin düşən var