Ən son xəbərləri bizim "Instagram" səhifəmizdə izləyin

Təqdimat zamanı baş vermiş səhvə görə BOK Koreyadan üzr istədi
Beynəlxalq Olimpiya Komitəsi (BOK) Parisdə keçirilən Olimpiya Oyunlarında respublika yığmasının səhv olaraq Koreya Xalq Demokratik Respublikasının (KXDR) komandası kimi təqdim edilməsinə görə Cənubi Koreya rəhbərliyindən üzr istəyib.
Oxu.Az xəbər verir ki, BOK qurumun "X" sosial şəbəkə hesabında - "Olimpiadanın açılış mərasiminin yayımında koreyalı idmançıların təqdimatı zamanı baş vermiş səhvə görə üzr istəyirik", - deyə bildirilib.
Koreya Respublikasının Mədəniyyət, İdman və Turizm Nazirliyi daha əvvəl bildirib ki, insidentlə bağlı BOK prezidenti Tomas Baxla görüşmək istəyir. Bundan əlavə, Seul Parisdən narazılığını ifadə edə bilər. Koreya Respublikasının Milli Olimpiya Komitəsi fransalı təşkilatçılardan gələcəkdə belə səhvlərə yol verməməyi xahiş edib.
Cənubi Koreyanın İdman Nazirliyi oyunların açılışında Cənubi Koreya nümayəndə heyətinin şimalikoreyalı kimi təqdim edilməsi ilə əlaqədar Beynəlxalq Olimpiya Komitəsinin (BOK) rəhbəri Tomas Baxla görüş tələb edib.
Oxu.Az Gazeta.ru-ya istinadən bildirir ki, fransız və ingilisdilli diktorlar Cənubi Koreya nümayəndə heyətini "Koreya Xalq Demokratik Respublikası" kimi təqdim ediblər, lakin ekranlarda görünən mətn məlumatı düzgün olub.
Bu səbəbdən Cənubi Koreya oyunların açılışında nümayəndə heyətinin Şimali Koreya kimi təqdim edilməsindən hiddətlənib.
"Paris-2024 Yay Olimpiya Oyunları" teqi üzrə xəbərlər
- Fransada müsəlman idmançılara qarşı növbəti ədalətsizlik
- Yüngül atletikanın yeni kralı Qrant Fişer: Bir həftədə iki dünya rekordu
- Paris-2024-də idmançılara verilən medalların dəyişdiriləcəyi vaxt açıqlanıb
- Azərbaycan idmançılarının medalları ilə bağlı Beynəlxalq Olimpiya Komitəsinə rəsmi müraciət edilib
- Azərbaycanlı cüdoçu 2024-cü il üçün "İlin yüksələn ulduzu" adına namizədlər siyahısında yer alıb