Ən son xəbərləri bizim "WhatsApp" kanalımızda izləyin
Cənubi Koreyada ABŞ hərbi anbarı yanır
Koreya Respublikasının cənub-şərqində yerləşən Pusan şəhərində ABŞ hərbçilərinin 55-ci təchizat anbarında yanğın baş verib.
Oxu.Az xəbər verir ki, bu barədə yerli "KBS" telekanalı məlumat yayıb.
Yanğın yerli vaxtla təxminən 18:30-da (Bakı vaxtı ilə 13:30-da - red.) baş verib. Fövqəladə hallar xidmətinin əmakdaşları bir neçə saatdır ki, yanğını nəzarət altına almağa çalışsalar da, hələ ki bu mümkün olmayıb.
"Yanğın şəhərin mərkəzində baş verdiyindən Pusan rəhbərliyi vətəndaşların təhlükəsizliyinə xüsusi diqqət yetirir, sakinlərə tövsiyə (fövqəladə hallarda necə davranmaq barədə) mesajları göndərilib", - materialda qeyd olunub.
Hazırda hadisə yerində 160-dan çox təcili yardım əməkdaşı və 50-dən çox texnika çalışır. Mütəxəssislər yanğının binanın birinci mərtəbəsindən başlaya biləcəyini istisna etməyiblər.
"Burada santexnika işləri aparılıb", - müxbirlər əlavə ediblər.
Onlar vurğulayıblar ki, bu anbar ABŞ hərbi texnikasının saxlanması üçün istifadə olunur. Koreya Respublikasında dislokasiya olunmuş amerikalı əsgərlər üçün nəzərdə tutulmuş avadanlıqlar bura gətirilir.
Hazırda itkilər barədə məlumat daxil olmayıb. Baş verənlərlə bağlı digər təfərrüat dəqiqləşdirilir.
"Cənubi Koreya" teqi üzrə xəbərlər
- "Jeju Air" təyyarəsinin qara qutularından birinin məlumatları əldə edilib
- Cənubi Koreyada təyyarə qəzasına faciəli amillərin toplusu səbəb olub
- Cənubi Koreyada bütün "Boeing 737-800" təyyarələrinə xüsusi baxış keçiriləcək
- Cənubi Koreyada qəzaya uğrayan təyyarənin sərnişininin göndərdiyi son mesajlar
- Muandakı təyyarə qəzası Cənubi Koreyada baş vermiş ən böyük aviafəlakət olub
Rəylər