Cənubi Koreyanın baş naziri Han Dak Sunun bazar günü COVID-19 üçün verdiyi test müsbət çıxıb.
Məlumata görə, İsveçrənin Davos şəhərində keçirilən Dünya İqtisadi Forumundan qayıtdıqdan iki gün sonra hökumət başçısında koronavirus aşkarlanıb.
Məlumdur ki, siyasətçi gələn həftənin rəsmi tədbirlərini, o cümlədən çərşənbə axşamı, yanvarın 23-də Nazirlər Kabinetinin iclasında iştirakını ləğv edib. İclasa baş nazirin müavini Çoy Sanq-Mokun sədrlik edəcəyi gözlənilir.
Han Dak Sunun özü isə gələn həftəni evdə keçirmək və məsələlərə telefonla nəzarət etmək niyyətindədir.
Mənbə: rossaprimavera.ru
Rəylər