Ən son xəbərləri bizim "X" səhifəmizdə izləyin

Klopp: “Salah zədəsini sağaltmaq üçün “Liverpul”a qayıdacaq”
“Misir millisinin kapitanı Məhəmməd Salah Afrika Millətlər Kubokunda aldığı zədəsini sağaltmaq üçün “Liverpul”un düşərgəsinə qayıdacaq”.
Bu barədə jurnalist Lyuis Stili sosial şəbəkədə “Liverpul”un baş məşqçisi Yürgen Kloppdan sitat gətirib.
“Salahın “Liverpul”da reabilitasiyadan keçəcəyi nəzərdə tutulub. Finala hazır olarsa, yəqin ki, Afrika Millətlər Kubokunda finalda çıxış etmək üçün yığmaya qayıdacaq”, – almaniyalı çalışdırıcı söyləyib.
Qeyd edək ki, Məhəmməd Salah Afrika Millətlər Kubokunun qrup mərhələsinin ikinci turunda Qanaya qarşı oyunda (2:2) belindən zədələnib.
"Məhəmməd Salah" teqi üzrə xəbərlər
- "Liverpul" türkiyəli hücumçu üçün İtaliya klubuna 80 milyon avro ödəməyə hazırdır
- Arsen Vergerə görə müasir futbolçulardan ən yaxşısı kimdir?
- "Qızıl top"un yeni favoriti açıqlandı: Salah liderliyi itirdi
- Məhəmməd Salahın meneceri futbolçunu "Barselona"ya təklif etdi
- "Liverpul" Məhəmməd Salaha əvəzedici tapdı
Ən çox oxunanlar