Çexiyanın Vşen qəsəbəsi yaxınlığında ultrayüngül mühərrikli təyyarənin qəzaya uğraması nəticəsində pilot həlak olub.
Oxu.Az bu barədə "Idnes" xəbər portalına istinadən xəbər verir.
"İkinəfərlik ultrayüngül təyyarədə tək olan pilot, təəssüf ki, həlak olub", - deyə məlumatda bildirilib.
Portalın məlumatına görə, təyyarə Vşen qəsəbəsi yaxınlığındakı aerodromdan havaya qalxdıqdan təxminən 10 saniyə sonra yerə düşüb. Təyyarə yerə çırpıldıqdan sonra alovlanıb.
Hadisənin səbəbləri araşdırılır.
Qaynar xətt:
(055) 224 12 12