Fransanın qalmaqallı satirik jurnalı "Charlie Hebdo"nun baş redaktoru Loran Surisso bir daha Məhəmməd peyğəmbərin karikaturalarını dərc etməyəcəyini bəyan edib.
Bu barədə Oxu.Az The Washington Post-a istinadən xəbər verir.
"Biz Məhəmməd peyğəmbərin karikaturalarını özünüifadə azadlığı prinsiplərinin müdafiəsi məqsədilə istifadə edirdik", - Surisso deyib.
Onun sözlərinə görə, jurnalın işçiləri öz işlərini görüblər - satirik rəsmlər üçün öz hüquqlarını müdafiə ediblər. Riss təxəllüsü ilə tanınan rəssam bildirib ki, rəsmlərin məqsədi İslam dinini təhqir etmək olmayıb.