Yanvarın 7-də hücüma məruz qalmış Fransanın “Charlie Hebdo” satirik nəşrinin köşə yazarı Matye Madenyan həmin gün redaksiyada olmayıb.
Oxu.Az-ın Ermənistan KİV-nə istinadən verdiyi məlumata əsasən, həmin gün Madenyan nəşrin baş redaktoruna işə gəlməyəcəyi ilə bağlı SMS göndərib. Onun SMS-indən bir neçə saat sonra redaksiyaya hücum olub.
“Həmin gün səhər saat 9-da mən baş redaktora işə gəlməməyimlə bağlı SMS göndərdim və bildirdim ki, söz verdiyim peçenyeni növbəti dəfə gətirəcəm. İndi mən bir sıra SMS-lər alıram. Onlara nə cavab verəcəyimi bilmirəm. Mən yalnız ölənlər haqqında düşünürəm”, o deyib.
Xatırladaq ki, yanvarın 7-də Parisdə “Charlie Hebdo” satirik nəşrinin redaksiyasına silahlı hücum olub. Nəticədə 12 nəfər ölüb, 11 nəfər yaralanıb.