Çin xəritəçəkmə, torpaq ehtiyatlarının tədqiqi və elmi tədqiqatlar üçün nəzərdə tutulan "Tianhui-7" peykini orbitə buraxıb.
Oxu.Az xəbər verir ki, məlumat "Xinhua" agentliyi yayıb.
"Çjançjen-4-Bi" (CZ-4B, "Long March-4B") daşıyıcı raketi Çinin şimalındakı Szyutsyuan peyk buraxılış mərkəzindən havaya qalxıb.
Bu buraxılış "Çjançjen-4-Bi" seriyası daşıyıcıları üçün 622-ci olub. "Çjançjen-4-Bi" üçpilləli maye yanacaq daşıyan raketdir. Missiya Szyutsyuan peyk buraxılış mərkəzində ilin ən soyuq dövrünə, çoxlu qar yağması və qəfil temperatur dəyişikliyi mövsümünə təsadüf edib. Raket üçün qoruyucu qalxan yaradılıb.
"Çjançjen-4-Bi" Şanxay Kosmik Texnologiyalar Akademiyası tərəfindən hazırlanıb.