Panama bayrağı altında üzən neft tankeri Çinin şərq sahillərində yük gəmisi ilə toqquşub.
Oxu.Az-ın xəbərinə görə, bu barədə Çinin Mərkəzi Televiziyası məlumat yayıb.
İnsident yanvarın 6-da saat 20:00 radələrində qeydə alınıb.
Toqquşma nəticəsində neft tankerində olan 32 nəfər ekipaj üzvü ilə əlaqə itib. Onlardan otuzu İran, ikisi isə Banqladeş vətəndaşıdır.