Rusiyanın Danimarkadakı səfiri Vladimir Barbin sözügedən Avropa ölkəsinin Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.
Oxu.Az xəbər verir ki, bu barədə Danimarkanın xarici işlər naziri Lars Lekke Rasmussen məlumat verib.
Onun fikirləri XİN-in "X" sosial şəbəkə hesabında paylaşılıb.
"Müdafiə Nazirliyinin məlumatına görə, Gedser yaxınlığındakı sularda Rusiya freqatının planlaşdırılmış fotoçəkilişi zamanı Hərbi Hava Qüvvələrinə məxsus helikopterlərdən birinə yalançı istilik hədəfləri vasitəsilə atəş açılıb. Bu, tamamilə yolverilməzdir. Məhz buna görə də Rusiya səfiri hadisə ilə bağlı nazirliyə çağırılıb", - deyə Rasmussenin bəyanatında qeyd olunur.
