Danimarkada iki qatar toqquşub.
Bu barədə Oxu.Az "Ritzau" agentliyinə istinadən məlumat verir.
Məlumata görə, hadisə Danimarkanın Zelandiya bölgəsinin şimalında Qribskov bələdiyyəsinin Kaqerup yaşayış məntəqəsi yaxınlığında baş verib.
Qəzada 17 nəfərin yaralandığı, dördünün vəziyyətinin ağır olduğu bildirilir.
Şimali Zelandiya polis rəisi Li Skenin sözlərinə görə, araşdırma aparılır və hazırda qəza nəticəsində dəmir yolunun bir hissəsi uzun müddətlik bağlanıb.