ABŞ-nin Corciya ştatında meşə yanğınları nəticəsində 50-dən çox yaşayış evi külə dönüb.
Oxu.Az xəbər verir ki, bu barədə "NBC News" telekanalı məlumat yayıb.
Bildirilib ki, quru və isti hava şəraitinə görə alov ştatın cənub hissəsində, Brentli qraflığında sürətlə yayılır. Yanğınlar nəticəsində təxminən 1 000 yaşayış evi və digər tikili məhv olma təhlükəsi altındadır. Sakinlərin təxliyəsi aparılır.
Bundan əlavə, qonşu Florida ştatının şimal hissəsində də alovlanma qeydə alınıb, əhalinin təxliyəsinə başlanılıb.
Yanğınların səbəbləri araşdırılır.
Qaynar xətt:
(055) 224 12 12