ABŞ-nin Vaşinqton ştatının hakimiyyət orqanları Spokan dairəsində baş verən meşə yanğını ilə əlaqədar bir neçə yaşayış məntəqəsinin sakinləri üçün üçüncü - ən yüksək təxliyə səviyyəsi elan ediblər.
Oxu.Az CNN telekanalına istinadən xəbər verir ki, "Old Trails Fire" adlandırılan yanğın səbəbindən yerli hakimiyyət zərərçəkmiş ərazilərin sakinlərini dərhal təhlükəsiz ərazilərə təxliyə olunmağa çağırıb.
Məlumata görə, yanğın artıq 2 300 akr (təxminən 930 hektar) ərazini əhatə edib və güclü küləyin təsiri ilə sürətlə yayılmaqda davam edir.
Bundan əlavə, yanğın təhlükəsinin yüksək olduğu Kaliforniyanın şimalında yerləşən bölgələrdə ümumi sahəsi təxminən 81 min hektar olan 12 irimiqyaslı meşə yanğını qeydə alınıb.
Alovun qarşısının alınması məqsədilə hakimiyyət orqanları Milli Qvardiyanın əlavə 110 hərbçisini yanğınsöndürmə əməliyyatlarına cəlb edib.