Amerika Birləşmiş Ştatlarının Nyu-Cersi ştatının Ouşen dairəsində təxminən 3.5 min hektar ərazini əhatə edən meşə yanğını səbəbindən 3 000-dən çox insan təxliyə edilib.
Oxu.Az-ın məlumatına görə, bu barədə "ABC 6" telekanalı ştatın meşə yanğın xidmətinə istinadən məlumat yayıb.
"Nyu-Cersinin Ouşen dairəsində şiddətlənən meşə yanğını Qarden-Steyt şosesini bağlayıb və çərşənbə axşamı minlərlə sakini təxliyə olmağa məcbur edib. Nyu-Cersi meşə yanğın xidmətinin məlumatına görə, təxminən 3 000 sakin təxliyə edilib", - telekanalın materialında deyilir.
Rəsmilərin sözlərinə görə, təxminən 1 320 tikili hələ də təhlükə altındadır. Hazırda yanğının ərazinin 10%-də lokallaşdırıldığı bildirilir. Yanğın şimal istiqamətində hərəkət edir. Əlavə hallar araşdırılır, yanğının başlama səbəbi məlum deyil.