Qazaxıstandan taxıl daşıyan qatar Rusiya, Azərbaycan və Gürcüstandan keçərək Ermənistana çatıb.
Oxu.Az xəbər verir ki, bu barədə Ermənistanın ərazi idarəetmə və infrastruktur naziri David Xudatyan sosial şəbəkə hesabında yazıb.
"Gecə yarısı Tavuş bölgəsinin Ayrum stansiyasında Qazaxıstandan Ermənistana gələn Qazaxıstan buğdasını daşıyan qatara rast gəldik. Dəmir yolu nəqliyyatı vasitəsilə min tona yaxın buğda Ermənistana çatdırılıb", - deyə nazir bildirib.