Kanadanın Ontario əyalətindəki Armstronq qəsəbəsi yaxınlığında yük qatarı meşə yanğınının içində qalıb. Lokomotivin heyəti yalnız möcüzə nəticəsində xilas ola bilib.
Oxu.Az xəbər verir ki, alovun içindən keçməyə çalışan qatarın görüntüləri sosial şəbəkələrdə geniş yayılıb.
Yayılan videolarda alovun lokomotivi və onun önündəki yolu necə cənginə aldığı aydın görünür.
"Deyəsən, alov lap yaxında bizi bürüyəcək. Vəziyyət həqiqətən qorxunc hal alır... Bu, ağlasığmaz miqyasda bir yanğındır", - deyə videoda maşinistlərdən biri bildirib.
Qaynar xətt:
(055) 224 12 12