Suriyanın paytaxtı Dəməşqdə bir kafedə güclü partlayış baş verib.
Oxu.Az xəbər verir ki, bu barədə SANA agentliyi məlumat yayıb.
İlkin məlumatlara görə, hadisə nəticəsində azı dörd nəfər ölüb, 11 nəfər yaralanıb.
Xəsarət alanlar yaxınlıqdakı xəstəxanalara aparılıblar.
Partlayışın səbəbləri araşdırılır.
Qaynar xətt:
(055) 224 12 12