"Tottenhem" klubu "Vest Hem"in futbolçusu Mateuş Fernandeşi heyətinə qatıb.
Oxu.Az xəbər verir ki, bu barədə London təmsilçisi rəsmi saytında paylaşım edib.
Qeyd edək ki, bir müddət əvvəl mətbuatda "Vest Hem" rəhbərliyinin portuqaliyalı oyunçunun transferinə görə 99 milyon avro tələb etdiyi barədə məlumatlar yayılmışdı. Futbolçu ilə yaxından maraqlanan "Mançester Yunayted" bu məbləği həddindən artıq yüksək hesab edərək prosesdən çəkilib. Lakin "Tottenhem" tələb olunan vəsaiti tam ödəyərək bu mühüm transferi gerçəkləşdirib.
Geridə qalan mövsümdə Fernandeş bütün turnirlər daxil olmaqla ümumilikdə 42 matçda meydana çıxıb, aktivinə beş qol və eyni sayda məhsuldar ötürmə yazdırıb. Xatırladaq ki, futbolçunun "çəkicvuranlar"la müqavilə müddəti 2030-cu ilin yayına qədər nəzərdə tutulmuşdu.
