Moldovanın ikinci müddət üçün seçkilərdə iştirak edən hazırkı lideri İqor Dodon Kişinyovda prezident seçkilərinin ikinci turunda səs verib.
Bu barədə “RİA Novosti” xəbər yayıb.
Dodonun Kişinyovun şimal-qərbindəki Byukan rayonunda bir tibbi ərazi müəssisəsində yerləşən məntəqədə səs verdiyi bildirilir.
Xatırladaq ki, Moldovada prezident seçkilərinin birinci mərhələsi noyabrın 1-də baş tutub. Heç bir namizədə 50 faizdən çox səs toplamayıb və buna görə də seçkilərdə ikinici mərhələ təyin edilib.