Xəbər verdiyimiz kimi, bu gün Biman Bangladesh aviaşirkətinə məxsus təyyarə Çittaqonq hava limanında olarkən, naməlum şəxsl tərəfindən ələ keçirilib.
Lenta.ru-nun xəbərinə görə, təyyarəni qaçıran şəxs xüsusi xidmət orqanlarının əməkdaşları tərəfindən atəş açılaraq öldürülüb.
Məlumatda bildirilir ki, həmin şəxsə təslim olmaq əmr edilsə də, o, müqavimət göstərib və atəş açıb. Cavab atəşi ilə yaralanan cinayətkar xəstəxanaya aparılarkən yolda ölüb.
Banqladeş Mülki Aviasiya İdarəsinin nümayəndəsi Naim Hassan həmin şəxsin psixoloji problemlərinin olduğunu istisna etməyib: “O Banqladeşin baş naziri ilə danışmağı tələb edirdi”.
20:50
Biman Bangladesh aviaşirkətinə məxsus təyyarənin Çittaqonq hava limanında olarkən naməlum şəxslər tərəfindən qaçırılması barədə məlumat vermişdik.
Təyyarəni qaçıran şəxs saxlanılıb. Bu barədə Daily Star məlumat yayıb. Hadisə şahidlərinin verdiyi məlumata görə, təyyarənin göyərtəsində atışma olub, daha sonra təyyarəni qaçıran şəxs saxlanılıb.
“Pilot qəza enişi edib. Bütün sərnişinlər təxliyə olunublar.Təyyarəni qaçırmağa çalışan şəxs nəzarət altına alınıb”,- deyə məlumatda bildirilir.
Hadisə şahidlərinin verdiyi məlumata görə təyyarənin göyərtəsində atışma olub, daha sonra təyyarəni qaçıran şəxs saxlanılıb.
17:52
Banqladeşdə sərnişin təyyarəsi qaçırılıb.
Bdnews24 nəşrinin yaydığı məlumata görə, Biman Bangladesh aviaşirkətinə məxsus təyyarənin Çittaqonq hava limanında olarkən naməlum şəxslər tərəfindən qaçırıldığı deyilir.
Bildirilir ki, hadisə sərnişinlər təyyarəni tərk etdikdən sonra baş verib.
Biman Bangladesh şirkətinin nümayəndəsi faktı təsdiqləsə də, əlavə məlumat verməyib.
Qeyd edək ki, təyyarə Dəkkə-Dubay reysi ilə uçurmuş.