Dünyanın ən böyük aysberqi "A23a" sahəsinin daha yeddi faizini itirərək Moskva boyda olub.
Oxu.Az -ın xəbərinə görə, bu barədə Arktika və Antarktika Elmi-Tədqiqat İnstitutu məlumat yayıb.
Bildirilir ki, nəhəng aysberq Cənub okeanın sularında axın üzrə hərəkət edir və hazırda kimsəsiz Annenkov adasından 74 kilometr aralıda yerləşir
Aysberq 1986-cı ildə Antarktidadakı buz şelfindən qopub. 2023-cü ilin sonunda "A23a"nın sahəsi təxminən 4 000 kvadrat kilometr olub.
2025-ci il iyunun əvvəlinə olan məlumata görə, sahəsi 2 700 kvadrat kilometrə qədər kiçilib.