198 sm boyu olan "Hyuqo" adlı Şayr atı (Böyük Britaniya at cinsi) dünyanın ən hündür atı kimi qəbul edilib.
Oxu.Az bu barədə KP.ru-ya istinadən xəbər verir.
İngiltərənin Taustere şəhərində anadan olan "Hyuqo" böyüməyə davam edir və "Samson" adlı atın 1850-ci ildəki rekordunu (219.7 sm) qırmağa çalışır. "Hyuqo"nun sahibi, fermer Bredd Masters qeyd edib ki, onun atı hələ çox gəncdir - cəmi üç yaşı var. Şayr atları isə səkkiz il və daha çox müddətdə böyüyür, buna görə də rekord hələ yenilənməyə davam edəcək.
"Hyuqo"nun sağlamlığını təmin etmək üçün mütəxəssislər müntəzəm olaraq onu ziyarət edir. Şayr atları 18-ci əsrdə İngiltərədə kənd təsərrüfatı ehtiyacları üçün yetişdirilib. Hazırda onlar nəsillərinin kəsilməsi təhlükəsi altındadırlar.