Dünyanın müxtəlif bölgələrindəki ən yaxşı 1 000 restoranın reytinqi dərc edilib.
Oxu.Az xəbər verir ki, "La Liste" beynəlxalq qastronomik təsnifatına görə, ən yaxşı restoran adını artıq doqquzuncu dəfə yenə Parisdə Sena çayının sol sahilində yerləşən "La Monnaie de Paris" qazanıb.
Fransa paytaxtındakı "Prévelle" restoranı isə "ilin kəşfi" elan olunub.
Ümumilikdə 1 000 restoran arasında təmsilçilik baxımından fransız aşpazlar liderliyi yaponlara versələr də, ilk yüzlükdə yenə onlar üstünlük təşkil ediblər.