Pavel Durov sosial mediada kişilər üçün qadının karyerasının həlledici amil olmadığı haqqında fikirləri dəstəkləyib.
Oxu.Az xəbər verir ki, bu məlumat "Kod Durova" portalında yer alıb.
"Telegram"ın baş direktoru təsdiq edib ki, kişilər özlərinə ömür-gün yoldaşı seçərkən, qadının karyerada qazandığı uğurlara əhəmiyyət vermirlər. O bu məsələyə "X" sosial şəbəkəsindəki bir paylaşıma cavab olaraq münasibət bildirib.
Xanım sosial şəbəkə istifadəçilərindən biri öz paylaşımında yazıb ki, kişilər qadının karyerası ilə maraqlanmırlar və korporativ direktordansa rahat münasibətlər qura biləcəkləri ofisianta üstünlük verəcəklər. Sonda "Kişilər, bu doğrudur?" sualını verib.
Durov isə cavabında sadəcə "100%" yazaraq, onun mövqeyini tam dəstəklədiyini təsdiqləyib.
Durovun özü kriptoinvestor və strimer Yuliya Vavilova ilə görüşür. Vavilova sosial şəbəkələrdə məşqlərindən fotolar və videolar, səyahətlərindən kadrlar və açıq-saçıq libaslarda fotolar paylaşır.