Kamerun bayrağı altında üzən tanker Yəmənin Əhvar şəhərindən təqribən 60 dəniz mili cənubda göyərtəsində partlayış baş verdikdən sonra qəza siqnalı göndərib.
Oxu.Az "Reuters"ə istinadən xəbər verir ki, bu barədə Britaniyanın "Ambrey" dəniz təhlükəsizliyi şirkəti məlumat yayıb.
Məlumata görə, heyətə gəmini tərk etmək barədə məlumat verilib. Ədən körfəzində axtarış-xilasetmə əməliyyatına başlanılıb.
Hadisə ilə bağlı əlavə məlumat verilməyib.